Slimfit
  1. AZƏRBAYCAN

Bakıda gölü ikiyə bölən yol: işlər tamamlanır

Bakıda gölü ikiyə bölən yol: işlər tamamlanır
Sakura

Bakıda gölü ikiyə bölən yol: işlər tamamlanır

20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Masazır qəsəbələrinə və Sumqayıt şəhərinə gedişi təmin edəcək Böyük Şor gölü üzərində inşa edilən yol bu il istifadəyə veriləcək.

Bu barədə Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən yolda işlər fasiləsiz olaraq davam etdirilir.

Böyük şor gölü üzərində inşa edilən və gölü iki hissəyə ayıracaq yeni avtomobil yolunda işlər tam başa çatdırıldıqdan sonra sözügedən yol Ziya Bünyadov prospekti ilə Balaxanı, Binəqədi avtomobil yollarını birləşdirəcək. Bu yol istifadəyə verildikdən sonra sürücülər 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan dairəsi ərazisindən Xırdalan və Masazır qəsəbələrinin ərazisinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə rahatlıqla çıxış əldə edəcək.

İnşasına 2018-ci ilin mart ayından başlanılan, ümumi uzunluğu 2700 metr olan Böyük Şor avtomobil yolunda hərəkət zolağının 2200 metr hissəsinə asfalt beton örtüyü döşənib və son tamamlanma işləri aparılır. Avtomobil sıxlığı nəzərə alınaraq yeni yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Bundan başqa iki yeraltı tunel də inşa edilərək sürücülərin istifadəsinə veriləcək. Birinci tunelin qapalı hissəsinin uzunluğu 98 metr, açıq hissəsinin uzunluğu isə 340 metrdir. Qapalı hissəsi 26 metr olan ikinci tuneldə artıq işlər təxminən tamamlanıb.

Sumqayıt və Xırdalan, həmçinin Binəqədi, Balaxanı yolundakı sıxlığı azaldacağı gözlənilən yolun inşasının bu ilin sonuna qədər tamamlanması gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR