Bakıda gizli fəaliyyət göstərən çay evi aşkarlandı
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çay evi aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Səfalı Rüstəmovun qanunsuz olaraq özünə məxsus “Buta” adlı çay evi işlətdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində polis bölməsində müvafiq tədbir görülərək, 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibi Səfalı Rüstəmov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət