Slimfit
  1. AZƏRBAYCAN

Bakıda gənclərdən şəhidlərin ruhuna hörmətsizlik - Məşələ çıxdı

Bakıda gənclərdən şəhidlərin ruhuna hörmətsizlik - Məşələ çıxdı
Sakura

Bakıda "Şəhidlər Xiyabanı"nda xoşagəlməz hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yayılan videoda yeniyetmə gənc məşəl qarşısında görüntülənib. O, məşəlin divarına çıxaraq əylənib və bu hərəkətlərini kameraya çəkib. 

Dostları ilə əylənmək üçün "Şəhidlər Xiyabanı"nı seçən gənc torpaq, vətən uğrunda canından keçən şəhidlərimizə hörmətsizlik edir.

Nəzərə alsaq ki, Bakı müasir şəhərdir və gənclərin istirahəti üçün kifayət qədər əyləncə məkanları var. Ancaq bu gənclər hər il bütün Azərbaycanın 20 Yanvar hadisələrini yad etmək üçün axın etdiyi, göz yaşı tökdüyü, müqəddəs saydığımız xiyabanı əyləncə məkanı ilə səhv salıb. 

Müstəqillik uğrunda canından keçən şəhidlər bugünkü gəncliyi qorumaq, Azərbaycanın gələcəyini xilas etmək etmək üçün əliyalın tanka-tüfəngə sipər olub. Çox təəssüf ki, bu gün bəzi gənclərimiz 20 Yanvardakı şanlı tariximizdən xəbərsiz şəhidlərin ruhuna hörmətsizlik edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR