Slimfit
  1. CƏMİYYƏT

Bakıda “Fulya” filminin təqdimatı keçiriləcək

Bakıda “Fulya” filminin təqdimatı keçiriləcək
Sakura

Bakıda “Fulya” filminin təqdimatı keçiriləcək

Oktyabrın 31-də Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı keçiriləcək.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, film 44 günlük Vətən müharibəsində türkiyəli telejurnalist Fulya Öztürk və teleoperator Xəlil Qəhrəmanın peşə fədakarlığından bəhs edir, baş verən hadisələrə onların baxışını ortaya qoyur. Çəkilişlər bu ilin yayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb.

Filmin rejissorları Aykut Daşqın və Tahir Tahiroviç, təsvir rejissoru Çingizxan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Ekran əsəri “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları – Fulya Öztürk və Xəlil Qəhrəman iştirak edəcəklər.

Qeyd edək ki, “Fulya” filmi oktyabrın 8-dən etibarən Türkiyənin, oktyabrın 28-dən etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunur.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR