Slimfit
  1. CƏMİYYƏT

Bakıda ət ucuzlaşıb

Bakıda ət ucuzlaşıb
Sakura

Bakıda ət ucuzlaşıb

Tovuzda dana ətinin qiyməti düşüb.

Ens.az XəzərXəbər -ə istinadən xəbər verir ki,ətin 1 kiloqramı əvvəl 11 manat idisə, indi 9 manata təklif olunur.

Xırdabuynuzlu heyvan ətinin qiymətində də 1-1 manat 50 qəpik ucuzlaşma müşahidə olunur.

Qəssablar bildirirlər ki, pandemiya dövründə kütləvi yas və toy mərasimləri keçirilmədiyi üçün ətə olan tələbat azalıb. Üstəlik, restoranların fəaliyyətinə qoyulan məhdudiyyət də qiymətin düşməsinə təsir edib.

Digər tərəfdən ətin ucuzlaşması alıcılıq qabiliyyətini artırıb.

Bərdə rayonunda da ətin qiyməti xeyli düşüb. Əsas ucuzlaşma xırdabuynuzlu heyvanlarda yaşanır. Bir müddət əvvəl 12-13 manata satılan quzu əti hazırda 10-11 manata təklif edilir.

Ucuzlaşmaya səbəb bazarda xırdabuynuzlu heyvanların qiymətinin aşağı olmasıdır. Bərdədə satıcılar ucuzlaşmanı pandemiya dövründə toy olmadığı üçün ətə tələbatın azalması ilə izah edirlər

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR