Slimfit
  1. CƏMİYYƏT

Bakıda erməni dili kursunun təşkilinə başlanılır

Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Sakura

Bakıda erməni dili kursunun təşkilinə başlanılır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi növbəti-ikinci dəfə ödənişsiz erməni dili kursu təşkil edir.

Ens.az xəbər verir ki, Mərkəzdən "Report"a verilən məlumata görə, kursda erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan dövlət qurumlarının nümayəndələri, jurnalistlər və gələcəkdə elmi fəaliyyətlə məşğul olacaq gənc tədqiqatçılar iştirak edə bilərlər.

Ərizə qəbulu bu gündən başlayır. Müraciət üçün sön tarix sentyabrın 25-dir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyə məktubunu info@aircenter.az ünvanına göndərmələri xahiş olunur.

Dərslər sentyabrın 30-da başlayacaq. Kursun 6 ay müddətində davam etməsi nəzərdə tutulub. Dərslər həftənin çərşənbə günü BMTM-də və şənbə günü onlayn şəkildə keçiriləcək. Hər ayın son dərsində test imtahanı və kursun son dərsində biliklərin qiymətləndirməsinə dair yekun imtahan təşkil olunacaq. Üzrsüz səbəbdən dərsə 2 dəfədən artıq gəlməyən şəxslər proqramdan kənarlaşdırılacaq.
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR