Slimfit
  1. AZƏRBAYCAN

Bakıda ən məsləhətli Sushi Restoranı

Bakıda ən məsləhətli Sushi Restoranı
Sakura

Bakıda ən məsləhətli Sushi Restoranı

Bu məqalədə Sushi sevərlərin Bakıda harada həm ləzzətli, həm də, münasib qiymətə Sushi Sifariş edə biləcəyi Sushi Restoranı var, onu qeydə almışam. Bir sushi sevən kimi sizlərə Bakıda Sushi Restoranlarından ən sevdiyimi təqdim edirəm.

Sushi - çoxlarının dadını bilmədiyi, bilənlərin də ən sevimli yeməyinə çevrilən möhtəşəm bir təamdir. Hər nə qədər Sushi Azərbaycan mətbəxinə yad bir yemək olsa da, bütün dünyada olduğu kimi, ölkəmizdə də çox sevilir.

Artıq Bakıda yaşlı, cavan, uşaq demədən hər yaş kateqoriyasından insanlar sushi yeyir deyə bilərik. Bunu Bakıda Sushi Restoranlarına getdiyimiz zaman, masaların doluluğundan və o masalarda əyləşib sushi sifarişlərini səbirsizliklə gözləyən insanların sayından əminliklə deyə bilərik. 

Elə siz də, bu yazıda Sushi Yeməklərinin ləzzəti ilə ad çıxarmış, içəri daxil olduqda müştərisinin bolluğu, gülərüz personalı, dekoru, ümumiyyətlə bütün abu-havası ilə insana "Hə, bax bura əsl Sushi Restoranıdır" dedirtən Bakenroll Sushi Restoranı haqqında biləcəksiniz.

Bakenroll Sushi Restoranı haqqında önəmli məqamlar

Hər nə qədər aşağıda yazdıqlarım çoxları üçün o qədər də vacib olmasa da, bir müştəri kimi bu məqamlar hər zaman bizim gözləntilərimiz olmalıdır. 

1. Müştərilər ilə ünsiyyət

Bakenrol Sushi Restoranını digərlərindən yeməklərinin dadı ilə seçilməsindən əlavə önəmli bir üstünlüyü daha var. O da, personalın çox gülərüz və işində professional olmasıdır. İçəri daxil olan (dinindən, irqindən, yaşından, görünüşündən, ümumiyyətlə kimliyindən asılı olamayaraq) hər kəsi çox mehribancasına və professional bir şəkildə qarşılayır və xoş münasibət göstərirlər. (Bu, bildiyiniz kimi hər yerdə qarşılaşmadığımız bir şeydir.)

Xidmət göstərən personalın işində təcrübəli və bir çox dildə danışa bilməsi də ayrıca olaraq təqdirə layiqdir. İşlərində professional və geniş vizyona sahib olduqları açıq aydın görünür.

2. Restoranın səliqəli görünüşü və təmizliyi

Bir yeməyi həddən artıq çox sevə bilərik. Hətta o qədər çox ki, hər gün onu yesək belə, bezmərik. Amma elə bir an, vəziyyət olar ki, o yeməkdən iyrənər və bir də heç vaxt o vəziyyəti yaşamaq istəmərik. Belə hallar da əsasən natəmizlik olan zaman olur. 

Bakenroll restoranı bu məsələdə də "üzüağ" restoranlardan biridir. Təmizliyə mənim kimi önəm verən titiz insanlar hər zaman buna diqqət edər. İçəridə hər hansı bir masada əyləşdikdə, təkcə yemək yeyəcəyim masanın üzərinə yox, oturduğum yerə, toxunduğum əşyalara və s. diqqətlə baxdığım zaman hər şeyin tər-təmiz, necə deyərlər gül kimi olduğunu görəcəksiz. 

Restoranın görünüşü və rahatlığına isə söz ola bilməz. İki və daha artıq şəxslərin rahatlıqla oturub sushi yeməklərini yeyə bilmələri üçün kifayət qədər masalar var. Həmçinin daha rahat olsun deyə yumuşaq divanlar da var. Adam lap oturduğu yerdən qalxmaq istəmir.

Divarlarda olan gözəl rəsm əsərləri və dekorlar da göz oxşayır. İnsanı iştahla yeməyə sövq edir.

3. Menyu Çeşitliliyi və Münasib Qiymətlər

Sushi ümumi bir addır. Onun onlarla fərqli növü var. (Ən Dadlı Sushi Növləri yazımızı da oxuya bilərsiniz.) Bakenroll Menyusunu əlinə aldığın zaman artıq adamın iştahı qabarır. Bilmirsən hansını sifariş edəsən. Bir birindən gözəl və ləzzətli Sushi YeməkləriƏriştə və Düyü yeməkləriQəlyanaltılarDəniz Məhsullarından SalatlarŞorbalarSouslarSpirtli və spirtsiz içkilər(kokteyllər) və s. adamın lap ağzını sulandırır. (Menyu bölməsinə baxa bilərsiniz) (Menyunun PDF formatına isə buradan baxa bilərsiniz.)

Fikrimizi cəmləşdirib seçimimizi edirik. Bu zaman yeməyin ləzzəti ilə yanaşı onun qiymətini də əsas diqqətə alırıq. Çünki, gələcək hesabın qabarıqlığı iştahımızı söndürməməlidir. Bakenroll müştərilərini bu məsələdə də sevindirir. Qiymətlər həqiqətən çox münasibdir. Digər restoranlarla müqayisədə həm rəqəm olaraq daha az hesab, həm də yeməklərin dadı, personalın xidməti, restoranın rahatlığı və s. bir çox faktorla qarşılaşırıq.

Qeyd: Sushi qiymətlərinin sərfəli olmasından əlavə, saytda endirimdə olan sushi setlər və digər yeməklər var. Endirim bölməsinə daxil olaraq endirimli sushi yeməklərini sifariş edə bilərsiniz.

Həmçinin, siz restoran ilə əlaqə saxlayaraq, öncədən masa rezerv edə bilərsiniz.

4. Ünvana Pulsuz və Sürətli Çatdırılma xidməti

Yuxarıda restoranın bir çox gözlə görünən, bilinən üstünlükləri qeyd olunub. Hər kəs bu yazılanları gedib yerindəcə görüb təsdiqləyə bilər. Amma bəziləri də iş həyatından, restorandan çox uzaq bir məsafədə olduğundan və ya bir çox başqa səbəblərdən dolayı restorana getməyə imkanı olmaya bilər. Bakenroll bütün bunları da nəzərə alaraq Pulsuz Sushi Çatdırılma xidməti də göstərir.

Siz sadəcə www.bakenroll.az saytına daxil olaraq və ya telefonla əlaqə saxlayaraq istədiyiniz sushi yeməyini sifariş verə bilərsiniz. 

Ən məsləhətlisi, elə sayta daxil olaraq istədiyiniz yeməyi seçib səbətə əlavə edin. Daha sonra açılan pəncərədə çox rahat bir şəkildə çatdırılma ünvanını və digər qısa bilgilərinizi qeyd edin. Ən sürətli şəkildə sifarişinizin qəbul olunacağından əmin ola bilərsiniz. 

5. Əlaqə imkanları və operator dəstəyi

Yuxarıda da qeyd etdiyim kimi, sifarişlər istər sayt üzərindən olsun, istərsə də mobil telefonla, çox sürətli bir şəkildə qəbul edilir və cavablandırılır. Bu da çox önəmli bir xüsusiyyətdir. Çünki, sifariş verən insanların psixolojik olaraq sifarişlərinin (sayt və ya SMS bildirişlərindən əlavə) real bir şəxs tərəfindən qəbul olunduğunu bilməsi onu rahatladır. Əmin olur ki, sifarişi artıq hazırlanır. Bakenroll restoranının operatorları bu işin öhdəsindən da yaxşı gəlirlər. Hətta saytdan sifariş verildikdən sonra operator sizinlə əlaqə saxlayır və sifarişinizi təsdiqləndiyini bildirir. Bu da işində müştəri məmnuniyyətinə böyük önəm verilməsini göstərir. 

Qeyd: Saytda "Zəng Sifariş Et" düyməsinə basaraq açılan formda əlaqə məlumatlarınızı qeyd edərək göndərə bilərsiniz. Tez bir zamanda restoranın operator əməkdaşı sizinlə əlaqə saxlayaraq sifarişinizi qəbul edəcək.

Mənbə: Bakenroll.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR