Bakıda əməliyyat vaxtı atışma - Üç polis qətlə yetirildi
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət