Slimfit
  1. İQTİSADİYYAT

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3% artıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3% artıb
Sakura

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3% artıb

 Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 4 806,8 mln. manat olub.

Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 942,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 61,2%-ni təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5% artaraq 3 875,3 mln. manat olub.

Bu ilin yanvar-noyabr ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 177,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR