Slimfit
  1. AZƏRBAYCAN

Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş keçirilib

Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş keçirilib
Sakura

Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped idmanı klubunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkil etdikləri 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

"Report" DTX-ya istinadən xəbər verir ki, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin velosiped idmanı klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər. 

“Azneft” dairəsindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda xatirə şəkilləri çəkdiriblər.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR