Slimfit
  1. AZƏRBAYCAN

Bakıda daha 3 DOST mərkəzi yaradılacaq

Bakıda daha 3 DOST mərkəzi yaradılacaq
Sakura

Bakıda daha 3 DOST mərkəzi yaradılacaq

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev son vaxtlar həyata keçirilən islahatlar haqqında danışarkən deyib: "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və "bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və "DOST” mərkəzlərinin yaradılmasına başlanıb”.

Nazir qeyd edib ki, Prezidentin bu il 9 avqust və 10 dekabr tarixli fərmanlarına əsasən "DOST” layihəsinin hüquqi və institusional işləri artıq başa çatıb. "DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir. Yaxın vaxtlarda Yasamal rayonunda ilk "DOST” mərkəzinin açılması, il ərzində isə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur.

"Eyni zamanda, elektron xidmətlərin genişləndirilməsi məqsədi ilə Prezidentin 5 sentyabr tarixli Fərmanına əsasən "e-sosial” internet portalı,"Məşğulluq”sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılıb. "E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflıq və ictimai açıqlığı təmin edib.

Bu ay istifadəyə veriləcək "məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını həyata keçirəcəkdir. Həmin sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edə biləcəklər”,- deyə nazir iclasda çıxışında bildirib.

 

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR