Slimfit
  1. CƏMİYYƏT

Bakıda bütün marşrutlar gecikir – Səbəb

Bakıda bütün marşrutlar gecikir – Səbəb
Sakura

Bakıda bütün marşrutlar gecikir – Səbəb

EYOF Bakı 2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq bir sıra marşrut xətlərinin istiqamətinin dəyişdirilməsi gecikmələrə səbəb olur.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib:

“Bildiyiniz kimi, ölkəmizdə keçirilən yarışlarla əlaqədar bəzi yollarda müəyyən məhdudiyyətlər tətbiq edilir. Bununla bağlı əvvəlcədən məlumat verilib. Bəzi avtobus xətlərində müəyyən gecikmələr olsa da, bu, gün ərzində deyil, günün müəyyən saatlarında baş verir. Gecikmələr əsasən məhdudiyyət tətbiq edilən istiqamətlər üzrə işləyən marşrut xətlərində müşahidə olunur”, - qurum sözçüsü bildirib.

Qeyd edək ki, festivalla əlaqədar olaraq Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR