Dərc edildi: Baxış sayı: 974
Bakıda bu tarixdə küçəyə çıxmaq qadağandır - Xəbərdarlıq
Mayın 2-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.
“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət