Bakıda bu ərazidəki ağaclar təhlükə saçır
Quru ağacların aşması nəticəsində insanların xəsarət almaları və ya avtomobillərə ziyan dəyməsi ilə bağlı dəfələrlə xəbər təqdim etmişik. Hazırda da paytaxtın bir sıra yerlərində bu cür ağaclar var. Belə ünvanlardan biri də Xudu Məmmədov küçəsi 4-dür.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə olan quru ağaclar hər an aşa bilər. Bu isə hər gün yüzlərlə insanın keçdiyi bu küçədə real təhlükə mənbəyidir.
Söhbət paytaxtın Xətai rayonu Xudu Məmmədov küçəsi 4 ünvanından gedır.
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, bu ağaclar bir neçə ildir ki, quruyub. Hər dəfə yağış və külək olduqda ağacların budaqları qırılıb düşür.
Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl ağacın bir budağı azyaşlı bir uşağın üstünə düşüb. Məhz bu səbəbdən insanlar bu küçədən qorxa-qorxa keçirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, quruyan ağaclarla bağlı yerli icra orqanları nazirliyə müraciət etməlidir. Nazirliyin müvafiq rəyi verildikdən sonra Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacları ərazidən götürəcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət