Slimfit
  1. AZƏRBAYCAN

Bakıda binaların fasadları işıqsız qaldı

Bakıda binaların fasadları işıqsız qaldı
Sakura

Bakıda binaların fasadları işıqsız qaldı

Dünən Bakıda binaların fasadları bir saat işıqsız qalıb. 

Oxu.Az xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günündə dünyada keçirilən “Yer saatı” ekoloji aksiyası çərçivəsində Bakı Olimpiya Stadionu, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Milli Gimnastika Arenası, regionlarda yerləşən “ASAN” Xidmət mərkəzləri, “Flame Towers” kompleksi və digər tikililərin fasad işıqları saat 20:30-dan 21:30-dək söndürülüb. 

Məqsəd iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb etmək olub.  

Qeyd edək ki, Azərbaycan ilk dəfə “Yer saatı” kampaniyasına 2011-ci ildə qoşulub. İlk aksiya çərçivəsində “Qız Qalası”nın işıqları söndürülmüşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR