Slimfit
  1. AZƏRBAYCAN

Bakıda Beynəlxalq Ahıllar Günü qeyd edilib

Bakıda Beynəlxalq Ahıllar Günü qeyd edilib
Sakura

Bakıda Beynəlxalq Ahıllar Günü qeyd edilib

Bakıda "Modern İnkişaf və Ailə" İctimai Birliyinin təşkilatçılığı ilə ahıl, kimsəsiz, əlil və qayğıya ehtiyacı olan bir qrup vətəndaşla görüş təşkil edilib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva hər bir ahıl vətəndaşın dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu deyib. “Ahıl vətəndaşlara qayğı göstərmək həm də bizim mənəvi borcumuzdur”, - deyən Zərifə Quliyeva bildirib ki, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətin nəticəsidir. Bildirilib ki, ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, hüquqlarının təmin edilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunan iqtisadi inkişaf son illər ərzində pensiya və minimum əməkhaqlarının məbləğinin dəfələrlə qaldırılmasına imkan verib.

Z.Quliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi diqqət və qayğıdan danışıb, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ahıllar günündə bu insanlar üçün müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edib. Qocaların səhiyyə ocaqlarında müayinə edildiyi, onlar üçün konsertlər, bayram şənliklərinin keçirildiyi vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Qeyd edək ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.

Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Qanun imzalayıb.

Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

"Modern inkişaf və ailə" İctimai Birliyi tərəfindən bir qrup ahıla hədiyyələr və diplomlar təqdim olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR