Slimfit
  1. İDMAN

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Sakura

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə yarışda iştirak edən ölkələrin bayraqların paradı olub. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparacaq. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sonra Rəhmanova təmsil edəcəklər.

Turnirin ilk iki günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. 28 aprel tarixində isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR