Dərc edildi: Baxış sayı: 616
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başladı
Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start verilib.
Oxu.Az-ın məlumatına görə, çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.
Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.
Turnirin açılışı zamanı Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov çıxış edib. Bundan sonra Sevda Ələkbərzadə Azərbaycan himnini ifa edib.
Qeyd edək ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət