Slimfit
  1. İDMAN

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub
Sakura

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub

 Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub.

Report” xəbər verir ki, yarışın son günündə final mərhələsi keçirilib və qaliblər müəyyənləşib.

Batut yarışlarında qadınlar arasında fərdi proqramda Çin idmançısı Dinq Linq Liy qızıl medal qazanıb. Kanadalı Rozanna Maklennan ikinci, yaponiyalı Tsisato Doixata üçüncü olub.

Batut yarışlarında kişilərin fərdi proqramında isə Belarus idmançısı Vladislav Qonçarov birinci yeri tutub. Çin idmançısı Donq Donq ikinci, yaponiyalı Daiki Kişi isə üçüncü pilləyə sahib olub.

Tamblinq üzrə kişilərin mübarizəsində rusiyalı Vadim Afanasyev qızıl medala yiyələnib. Azərbaycan idmançısı Mixail Malkin ikinci, Rusiyanın digər təmsilçisi Maksim Ryabikov isə üçüncü yeri tutub.

Kişilər arasında sinxron proqramlarda Yaponiya idmançıları Daiki Kişi və Riosuke Sakai qalib adını qazanıb. Qadınların yarışında isə Belurusdan olan Valentina Boqomolova və Angelina Xatcyan qızıl medala sahib olub.

Yarışlardan sonra qaliblərə mükafatlar təqdim olunub.

“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparıb. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edib. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov mübarizə aparıblar. Azərbaycanı tamblinq yarışlarında təmsil edən Mixail Malkin gümüş medal qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR