Dərc edildi: Baxış sayı: 462
Bakıda baş verən güclü yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA
Bu gün saat 05:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın nəticəsində bir nəfərin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, bir nəfərə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət