Dərc edildi: Baxış sayı: 364
Bakıda aptekdə təhlükəli hal aradan qaldırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda aptek binasının damında dəmir parçasının qalması barədə məlumat daxil olub.
Ens.az-ın məlumatına əsasən,Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində dəmir parçası müvafiq qaydada götürülərək təhlükə aradan qaldırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət