Slimfit
  1. AZƏRBAYCAN

Bakıda altı direktorun işinə xitam verilib

Bakıda altı direktorun işinə xitam verilib
Sakura

Bakıda fəaliyyət göstərən altı məktəb direktoru işdən çıxarılıb

Bakıda fəaliyyət göstərən altı məktəb direktoru işdən çıxarılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb, altı direktorun əmək müqaviləsinə xitam verilib.

İdarədən bildirilib ki, Bakı şəhəri 231 nömrəli tam orta məktəbdə direktor vəzifəsi vakantdır:

“Məktəbin fəaliyyətinin idarə edilməsi məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, çalışmanın yaş həddinə çatması ilə əlaqədar çalışma müddəti tədris ili çərçivəsində BŞTİ tərəfindən uzadılmış Əsədullayeva Nabatxanım Hafizqızına həvalə olunub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR