Slimfit
  1. CƏMİYYƏT

Bakıda ağacların qənimi olan şirkət cərimələndi

Bakıda ağacların qənimi olan şirkət cərimələndi
Sakura

Bakıda ağacların qənimi olan şirkət cərimələndi

Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib:

"Sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub."

Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat getmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR