Dərc edildi: Baxış sayı: 556
Bakıda aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub
Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub.
"Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın gənclərdən - Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatma Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifovadan ibarət qrup komandası aerodensdə qüvvəsini sınayıb.
Təsnifat mərhələsində 15.300 xal toplayan komanda 8-ci olub və Rusiya, Rumıniya, Macarıstan, İtaliya, Almaniya, Portuqaliya və İspaniya ilə birgə finala adlayıb.
Final mərhələsi mayın 26-da olacaq.
Qeyd edək ki, Avropa çempionatına mayın 26-da yekun vurulacaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət