Slimfit
  1. CƏMİYYƏT

Bakıda 40 min taksini ləğv etmək üçün... – Millət vəkili

Bakıda 40 min taksini ləğv etmək üçün... – Millət vəkili
Sakura

Bakıda 40 min taksini ləğv etmək üçün... – Millət vəkili

Bu günlərdə 40 minə qədər taksinin ləğv olunmasının istənildiyini eşitdik.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Bakı şəhərində ictimai nəqliyyatı normallaşdırmadan buna yol vermək olmaz:

“Ən azından bunun üçün bizə Avropa standartlarına uyğun götürsək, 3000 avtobus lazımdır. İctimai nəqliyyat normallaşdırılmadan taksi fəaliyyətinin məhdudlaşdırılmasına yol verilməməlidir”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov yaydan bu yana taksilərin sayının 67 mindən 60 minə qədər azaldığını, Bakıda olan adam sayına görə isə 20 minə qədər taksiyə ehtiyac olduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR