Slimfit
  1. MƏDƏNİYYƏT

Bakı Xoreoqrafiya Akademiyasının “Biz varıq və biz birlikdəyik” layihəsi davam etdirilir

Bakı Xoreoqrafiya Akademiyasının “Biz varıq və biz birlikdəyik” layihəsi davam etdirilir
Sakura

Bakı Xoreoqrafiya Akademiyasının “Biz varıq və biz birlikdəyik” layihəsi davam etdirilir

Bakı Xoreoqrafiya Akademiyası (BXA) professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” devizi ilə həyata keçirilən layihə hər növbəti təqdimatı ilə daha geniş auditoriyanı əhatə edərək, həm yaradıcı gənclərin və mütəxəssislərin, həm də elm və sənət adamlarının marağına səbəb olub.

Ens.az BXA-dan AZƏRTAC-a bildirilən məlumata əsasən xəbər verir ki, layihə 27-ci təqdimatından sonra respublika və beynəlxalq xarakter alıb. Belə ki, layihədə akademiyanın məzunu, hazırda Moskva Dövlət Mədəniyyət İnstitutunun tələbəsi, beynəlxalq festival və müsabiqələr laureatı Fərid Kazakov müəllimi, görkəmli balerina, Xalq artisti Tamilla Şirəliyevanın həyat və yaradıcılığı barədə təqdimatla, Bakı Xoreoqrafiya Akademiyasının konsertmeysterləri - İlqar Bakıxanov (piano), Nicat Mahmudov (qarmon), Anar Abbasov (nağara), habelə Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının solisti Aydan Kamilova “Uzundərə” Azərbaycan xalq rəqsi ilə çıxış ediblər.

Bildirilib ki, layihəyə müxtəlif bədii təhsil müəssisələrindən dəstək verilib və müştərək təqdimatlar üzərində iş aparılır.

Xatırladaq ki, layihənin təqdimatları Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində yayımlanır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR