Slimfit
  1. AZƏRBAYCAN

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər
Sakura

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə respublika ərazisində karantin vəziyyətinin elan edilməsini və təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq, Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsi martın 11-dən ali təhsilin bakalavriat səviyyəsi üzrə başlanmış onlayn və videodərsləri martın 29-dan daha geniş şəkildə və tədris planına uyğun davam etdirir.

Dərslərin keçirilməsinə və keyfiyyətinə mütəmadi olaraq fakültə dekanı tərəfindən nəzarət edilir və həftəsonu akademiya rəhbərliyinə hesabat verilir.

Bakı Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi real iş vaxtı rejimində dərslərin keyfiyyət və çevikliyinin təmin edilməsi məqsədilə müəyyən təlimatlar, metodiki göstərişlər və proqram təminatı ilə bağlı məsləhət xarakterli tele və videogörüşlər təşkil edir, nümunəvi dərsləri ali təhsil müəssisəsinin rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsində yerləşdirir. Belə ki, İncəsənət fakültəsi üzrə həm nəzəri, həm də ixtisas fənlərindən davamlı olaraq 30-dan çox dərs təşkil olunub, mühazirələr tələbələrin elektron poçt ünvanlarına göndərilib və onlayn kollokvium sınaqdan keçirilib.

Dərslər bundan sonra da davam etdiriləcək və bədii təhsildə distant formanın ən qabaqcıl nailiyyətlərinin tətbiq olunması barədə layihələrin işlənib hazırlanması nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR