Slimfit
  1. AZƏRBAYCAN

Bakı xanlığı

Bakı xanlığı
Sakura

Bakı xanlığı – XVIII əsrdə müasir Azərbaycan Respublikasının ərazisində yaranmış, paytaxtı Bakı şəhəri…

Xanlığın yaranması və təsərrüfat həyatı

Nadir şah öldürüldükdən sonra İranda Səfəvilər yenidən hakimiyyəti əla aldı ( Raziya Sultan ) Azərbaycan da isə XVIII ortalarında müstəqil xanlıqlar yarandı. XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığı Quba, Şamaxı və Cavad xanlıqları ilə həmsərhəd idi. Xanlığın tərkibinə 39 kənd daxil idi: Maştağa, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan, Türkan, Kürkənd, Zirə, Qala, Hövsan, Ramana, Zabrat, Məhəmmədi, Digah, Fatmayı, Görədil, Pirşağı, Kürdəxanı, Keşlə, Əhmədli, Zığ, Əmircan, Bülbülə, Sabunçu, Binəqədi, Masazır, Novxanı, Şağan, Saray, Corat, Şüvəlan, Güzdək, Qobu, Xocahəsən, Biləcəri, Pirəkəşkül, Suraxanı, Balaxanı, Bibiheybət..

Xanlığın təsərrüfatında neft, duz və zəfəran istehsalı, balıqçılıq, maldarlıq əsas yer tuturdu. Burada toxuculuq, zərgərlik, boyaqçılıq, misgərlik kimi sənət sahələri inkişaf etmişdi. Xanlıqda olan neft quyularının sayı 50-dən çox idi. Bu quyulardan ildə 240 min pyddan çox neft istehsal olunurdu. Xanlıqda neft quyuları, bazarlar, dükanlar müqatiəyə (iltizama) verilirdi. Xanlığın mərkəzi Bakı şəhəri Avropa ölkələri, Rusiya, İran, Osmanlı imperiyası, Hindistan ilə tranzit ticarətdə mühüm rol oynayırdı. Xanlıqda pul da kəsilirdi. Bakı xanlığında bütün hakimiyyət, torpaq, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə mənsub idi. Xanlıqda mövcud olan malcəhət, töycü, darğalıq, vəzirlik və s. onlarla vergi əhali üçün ağır yükə çevrilmişdi.

Bakı xanlığının banisi I Mirzə Məhəmməd xan (1748-1768-ci illər) olmuşdur. Hakimiyyətdə olduğu 20 il ərzində I Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul olur, ticarətin inkişafına şərait yaradırdı. Həm də admiral olan Mirzə Məhəmməd xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə şəxsən rəhbərlik etmişdi. Onun oğlu Məlik Məhəmməd xanın dövründə (1768-1784) Bakı xanlığı, demək olar ki, müstəqilliyini itirmişdi. Şimal-şərqi Azərbaycan torpaqlarını Quba xanlığına birləşdirməyə çalışan Fətəli xan Bakı xanını özündən asılı vəziyyətə salmaq məqsədilə bacısı Xədicə Bikəni Məlik Məhəmməd xana ərə vermişdi. Xədicə Bikənin təsiri ilə tezliklə Bakı xanlığı Fətəli xanın vassalına çevrilmişdi.

Məlik Məhəmməd xanın ölümündən sonra Bakı taxtına oğlu II Mirzə Məhəmməd xan (1784-1791) çıxmışdı. II Mirzə Məhəmməd xan Azərbaycanın məşhur tarixçisi, şairi, maarifçisi Abbasqulu ağa Bakıxanovun atası idi Qubalı Fətəli xanın ölümündən sonra II Mirzə xan Bakı xanlığının müstəqilliyinin bərpa edilməsinə nail oldu. Lakin xanlıqda II Mirzə Məhəmməd xanla əmisi oğlu Hüseynqulu xan arasında hakimiyyət uğrunda mübarizə başlanmışdı. Bu mübarizədə Hüseynqulu xan (1792-1806) qalib gələrək hakimiyyəti ələ keçirdi.

 

Əhalisi

1796-cı ilə olan məlumata əsasən xanlığın ərazisində (Bakı şəhəri də daxil olmaqla) 1820 ev var idi.Təxminlərə əsasən bütün xanlıq ərazisində əhalinin sayı (qadınlar və kişilər) 9100 nəfər (ortalama hər evə 5 nəfər) olmuşdur. 1796-cı ilin məlumatına əsasən xanlıq ərazisində Bakı şəhərindən sonra ən çox əhaliyə sahıb olan yaşayış məntəqəsi Maştağa kəndi idi (350 ev). 1810-cu ildə general-leytinant Repininin hazırladığı hesabata əsasən Bakı xanlığının ərazisində 3245 ev var idi, onun 931 i Bakı şəhərində 2314-ü isə kəndlərdə yerləşirdi. Elə həmin hesabata əsasən xanlığın cəmi əhalisi 15244(qadınlar və kişilər) nəfəri təşkil etmişdir. Bu hesabat həmin tarixə əsasdır . 1810-cu ilə aid qeyd edilən hesabata əsasən Bakı şəhərindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsi Maştağa kəndi (362 evdə hər iki cinsdən cəmi 1630 nəfər əhali) olmuşdur. Xanlıqlar dövründə Bakı xanlığı 39 kənddən ibarət idi və cəmi 500 nəfərlik qoşunu vardı.

 

Xarici siyasəti

Hüseynqulu xanın dövründə bu regionda beynəlxalq vəziyyət çox mürəkkəb idi. Rusiya və İran Bakı xanlığını ələ keçirməyə can atırdılar. Rusiya hökmdarı II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanı ilə Bakı xanlığı Rusiyanın himayəsinə keçdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza I yürüşü zamanı Bakı xanlığının da ələ keçirilməsi onun planlarında mühüm yer tuturdu. II Yekaterinanın ölümü və hakimiyyətə gələn I Pavel tərəfindən rus qoşunlarının geri çağrılmasından istifadə edən Hüseynqulu xan Ağa Məhəmməd şah Qacara meyl etdi. Lakin Ağa Məhəmməd şahın 1797-ci ildə Şuşada öldürülməsindən sonra Bakı xanlığının müstəqilliyi yenidən bərpa olundu. Lakin bu uzun çəkmədi. 1803-cü ildə Hüseynqulu xan yenə də Rusiyanın himayəsini qəbul etməyə məcbur oldu. 1804-cü ildə isə bu asılılıqdan imtina etdi.

 

Xanlığın Rusiya tərəfindən işğalı

Xanlığın işğalına dair Rusiyanın planları

Hüseynqulu xanın dövründə(1792-1806) Rusiya və İran Bakı xanlığını tutmağa çalışırdı.II Yekaterinaın 1793-cü il 19 aprel tarixli fərmanı ilə xanlıq Rusiyanın himayəsinə keçdi.İran və Rusiya Azərbaycan,o cümlədən Bakı xanlığı uğrunda mübarizəyə başladılar.Bu mübarizə Rusiyanın xeyrinə başa çatdı.1796-cı ildə Bakı ruslar tərəfindən işğal olundu.Lakin 1803-cü ildə Hüseynqulu xan yenə də Rusiyanın himayəsini qəbul etməli oldu,1804-cü ildə isə bu asılıqdan imtina etdi.

Rusiya–İran müharibəsıinin (1804-1813) gedişində Azərbaycanın qərb torpaqlarını ələ keçirən Rusiyanın qarşısında duran əsas vəzifələrdən biri də Bakı xanlığının işğal olunması idi. Sisianov Bakı üçün Gəncə faciəsindən də qəddar bir plan hazırlamışdır. Bu planda şəhərin bombardman edilməsi və onun "külə çevrilməsi" nəzərdə tutulurdu. 1805-ci ilin yayında Ənzəli və Rəştə desant çıxarmaq cəhdi uğursuzluqla nəticələndikdən sonra rus donanması Zavalişinin komandanlığı ilə avqustun 12-də Bakıya yaxınlaşdı. Avqustun sonunadək xanlığın bütün strateji məntəqələri ələ keçirildi. 1806-cı il fevralın əvvəllərində isə Sisianov güclü artilleriya ilə Bakıya yaxınlaşaraq Zavilişinin desant dəstələri ilə birləşdi. General Sisianov Bakı xanlığının Rusiyanın tabeliyinə keçməsi haqqında müqavilə layihəsini Hüseynqulu xana göndərdi. Bu layihəyə görə xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli, xan özü isə ildə 10 min manat maaş almalı idi.

Şəhərin xüsusi qaydalar əsasında idarə olunması nəzərdə tutulurdu. Xarici siyasət və hərbi məsələlərdə xan Qafqazdakı rus qoşunlarının baş komandanlığının sərəncanlarına tabe olmalı idi.

 

Sisianovun öldürülməsi

Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini və Sisianovla görüşmək, şəhərin açarlarını ona təqdim etmək niyyətində olduğunu bildirdi.1806-cı il fevralın 8-də Hüseynqulu xan şəhərin açarlarını Sisianova təqdim edərkən Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. General Zavilişin rus qoşunlarını Bakıdan Sarı adasına, oradan isə Qızılyara aparmaq qərarına gəldi.

 

Xanlığın süqutu

1806-cı il iyunun 22-də Dərbənd işğal edildikdən sonra rus qoşunları Bakıya yaxınlaşdılar. General Bulqakov əhaliyə müraciət göndərərək toxunulmazlıq vəd etdi. Müqavimətin mənasız olduğunu görən Hüseynqulu xan əvvəl Qubaya, oradan da İrana getməyə məcbur oldu. 1806-cı il oktyabrın 3-də isə Bakı işğal olundu. Müstəmləkəçilər Bakı xanlığını ləğv etdilər. Azərbaycanın şimal torpaqları, o cümlədən Bakı xanlığı Rusiyanın hakimiyyəti altına düşdü.

 

Bakı xanlarının siyahısı

 
Bakı xanlarının buncuğu (Azərbaycan Tarix Muzeyi)
1. Hüseyn bəy Məhəmməd 1718—1723
2. Qulu bəy Dərgah 1723—1736
3. I Mirzə Məhəmməd xan 1747—1768
4. Fətəli xan Qubalı 1768—1770
5. Abdulla bəy (Şirvan) 1770—1772
6. Məlik Məhəmməd xan 1772—1783
7. II Mirzə Məhəmməd xan 1783—1791
8. Məhəmmədqulu xan 1791—1792
9. Hüseynqulu xan 1792—1806
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR