Dərc edildi: Baxış sayı: 254
Bakı və İrəvan razılaşmasını alqışlayırıq - AKP
Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərdə müsbət irəliləyişləri alqışlayır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunmasını şərh edərkən bildirib.
“Biz Azərbaycanla bağlı məsələləri yaxından izləyirik. Aprelin 19-da Azərbaycan və Ermənistanın sərhəd məsələləri ilə məşğul olan nümayəndə heyətləri yenidən görüşüb. Sərhəddə dirəklər qoyuldu. Biz bu mesajı dəyərli və müsbət hesab edirik. Azərbaycana qarşı təcavüzdən imtina mesajını alqışlayırıq”, - deyə Çelik bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət