Slimfit
  1. CƏMİYYƏT

Bakı üzrə “ASAN xidmət” mərkəzlərində psixoloqlar boşanmaq istəyənlərin 20%-ni fikirlərindən daşındırıb

Bakı üzrə “ASAN xidmət” mərkəzlərində psixoloqlar boşanmaq istəyənlərin 20%-ni fikirlərindən daşındırıb
Sakura

Bakı üzrə “ASAN xidmət” mərkəzlərində psixoloqlar boşanmaq istəyənlərin 20%-ni fikirlərindən daşındırıb

Ailə institutunun inkişafına və nikah münasibətlərinin tənzimlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədi ilə vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində Ədliyyə Nazirliyinin Bakı şəhərindəki rayon və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrinin bu sahədə fəaliyyətinə psixoloqlar cəlb edilib.

Report”un xəbərinə görə, nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edən insanlar arasında həmin psixoloqlar tərəfindən izahat işinin aparılması, səbəblərin öyrənilməsi və aradan qaldırılması istiqamətində söhbətlərin keçirilməsi nəticəsində onların bir qismi bu fikirdən dönüb.

Belə ki, bu xidmətin göstərilməyə başlandığı gündən hazıradək həmin şəxslərin 20%-ə qədəri nikahın pozulmasından imtina edib.

Qeyd olunan xidmətin müsbət nəticə verdiyi nəzərə alınaraq cari ildə onun respublikanın bəzi rayonlarında da tətbiqinə başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR