Slimfit
  1. İQTİSADİYYAT

“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 5% artıb

“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 5% artıb
Sakura

“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 5% artıb

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 112,036 mln. manat təşkil edib.

Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11% çoxdur.

Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 13,8% artaraq 86,013 mln. manata, o cümlədən nizamnamə kapitalı 27,5% artaraq 41,553 mln. manata, cəmi öhdəlikləri isə 2,6% artaraq 26,023 mln. manata çatıb.

2017-ci ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 67,945 mln. manat (2016-cı ilə nisbətən 1,3% az), xidmətlərinin maya dəyəri 35,325 mln. manat (9,9% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 30,249 mln. manat (66,5% çox), digər əməliyyat gəlirləri 13,642 mln. manat (3,9 dəfə çox), maliyyə xərcləri 415 min manat (48,6% az) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 15,598 mln. manat (10,5% çox) olub.

2017-ci ildə “Bakı Telefon Rabitəsi” 2016-cı illə müqayisədə 22,1% çox – 5,354 mln. manat mənfəət vergisi ödəyib və ili 10,244 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 5,3% çoxdur.

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında ötən il yaradılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR