Bakı-Tbilisi-Qars sərnişin qatarı ilə bağlı qərarlar qəbul olunacaq
Martın sonlarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı artıq Bakıya gətirilib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Stadler” şirkətindən təmin etdiyi 10 ədəd vaqonla sərnişin daşınmasına başlanılacaq. Sözügedən vaqonların sərnişin tutumu 257 nəfərdir və qatarda 9 sərnişin vaqonu, bir restoran mövcuddur:
"Qatarın iş prinsipi və proqramının hazırlanması üçün tərəflər mayın 24-25-də Ankarada toplaşacaq. Görüşün yekununda qatarın həftəlik hərəkət günləri və saatları, biletlərin qiymətləri və sair məsələlərin müzakirə edilərək müvafiq qərarların qəbul olunması gözlənilir.
Nazirliyə bununla bağlı daxil olan müraciətlərdən sərnişin sıxlığının çox olacağını proqnozlaşdırırıq. Bu dəmir yolu ilə hərəkət edəcək qatarlar “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dar və geniş izdə hərəkət edən vaqonlardan ibarət olacaq. İzlərin fərqli olması isə Türkiyəyə məxsus vaqonların hərəkətinə çətinlik yaradır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət