Slimfit
  1. İQTİSADİYYAT

Bakı-Tbilisi-Qars dəmir yolu xətti pandemiya sınağından necə çıxdı?

Bakı-Tbilisi-Qars dəmir yolu xətti pandemiya sınağından necə çıxdı?
Sakura

Bakı-Tbilisi-Qars dəmir yolu xətti pandemiya sınağından necə çıxdı?

Koronavirus (COVID-19) pandemiyası bütün dünyada iqtisadiyyatın əksər sahələrinə, o cümlədən nəqliyyat sektoruna mənfi təsir göstərsə də, bunu dəmir yolu ilə yük daşımalarına aid etmək olmaz. Bu baxımdan Azərbaycan da istisna deyil. Çünki dəmir yolu ilə yükdaşımalarda təmasız keçidi təmin etmək mümkündür. Yəni,  dəmir yolu xətti pandemiyanın mövcud olduğu şəraitdə ən təhlükəsiz yükdaşıma modelidir. Bu isə bir sıra ölkələrin dəmir yolu ilə yükdaşımalara marağını artırdı. Azərbaycanın siyasi və iqtisadi dəstəyi ilə 3 il bundan əvvəl işə düşmüş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində də yükdaşımalar azalmayıb, əksinə artıb. Məsələn, ötən ilin ilk 100 günündə BTQ ilə 20 futluq 1 266 konteyner daşınmışdısa, bu ilin ilk 100 günündə bu rəqəm 2 148 konteyner təşkil edib. Son 1 ildə dəmir yolu ilə hərəkət etmiş vaqonların sayı 611-dən 1 572-yə, yüklərin həcmi isə 40 min tondan 70 min tona çatıb. 

"BTQ pandemiya dövründə də strateji əhəmiyyətini qoruyub-saxlaya bilib"

Bununla bağlı "Report"a açıqlama verən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, BTQ pandemiya dövründə də strateji əhəmiyyətini qoruyub-saxlaya bilib: "Yükdaşımaların həcminin artması region ölkələrinin dəmir yolu xəttinə marağının artmasından xəbər verir. Odur ki, pandemiya dövründə də müsbət dinamika qorunub-saxlanılıb. BTQ Azərbaycanın dövlət gəlirlərinin, valyuta ehtiyalatının formalaşmasında mühüm rol oynayır və xüsusi əhəmiyyətə malikdir". 

"Yüklərin həcmində növbəti aylarda  artım müşahidə ediləcək və gəlirlərimiz artacaq"

Onun fikrincə, BTQ ilə yükdaşımalarda müsbət dinamika 2020-ci ilin növbəti aylarında da davam edəcək: "Çünki bu dəmir yolu xətti artıq öz əhəmiyyətini sübut edib, odur ki, Azərbaycan üzərindən daşınan yüklərin həcmində növbəti aylarda da artım müşahidə ediləcək və gəlirlərimiz artacaq". 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR