Dərc edildi: Baxış sayı: 532
Bakı-Sumqayıt qatarı niyə gecikdi? - Rəsmi
Bu gün Azərbaycan Dəmir Yolları QSC-nin Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub.
Axar.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda marşrut üzrə elektrik qatarları cədvəl üzrə hərəkət edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət