Dərc edildi: Baxış sayı: 499
Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradıldı
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edilib.
Bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən, BŞİH-i başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Qurumun işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.
Mənbə: Faktxəbər.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət