Dərc edildi: Baxış sayı: 958
:0
Bakı sakinlərinə bu tarixdə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq
May ayının 16-da, səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Ens.az xəbər verir ki,bu barədə Oxu.Az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət