Slimfit
  1. AZƏRBAYCAN

Bakı Rusiya iqtisadiyyatına 1 milyard dollar yatırıb - Nazir

Bakı Rusiya iqtisadiyyatına 1 milyard dollar yatırıb - Nazir
Sakura

Bakı Rusiya iqtisadiyyatına 1 milyard dollar yatırıb - Nazir

Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılışı mərasimi plenar iclasla davam edib.

Axar.az xəbər verir ki, plenar sessiya Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin sədrliyi ilə keçirilib.

Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Rusiyanın dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlər iki ölkənin əməkdaşlığının strateji xarakter almasına təkan verib. Rusiyanın Azərbaycanın idxal üzrə əsas tərəfdaşı olduğunu deyən nazir, həmçinin qeyri-neft məhsullarının ixracı sahəsində də Rusiyanın Azərbaycan üçün öncül yerdə dayandığını söyləyib. Azərbaycan indiyədək Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollar sərmayə yatırıb. Azərbaycanda Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir.

Nəqliyyat və daşımalar sahəsindəki əlaqələrə də toxunan Şahin Mustafayev Şimal-Cənub nəqliyyat marşrutunun hər iki ölkə üçün dividendlər gətirdiyini diqqətə çatdırıb. O, Cənubi Asiyadan Rusiyaya yük daşımaların dinamik şəkildə artdığını qeyd edib.

Humanitar sahədə də əməkdaşlığın genişləndiyini söyləyən nazir bu sahədə əlaqələrin gücləndirilməsində Heydər Əliyev Fondunun böyük töhfələrinin olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda rus dilinin tədris olunduğu 340-dan çox ümumtəhsil məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirdiyini deyən rusiyalı nazir Maksim Oreşkin qeyd edib ki, mövcud imkanlar iqtisadi əməkdaşlığı daha da genişləndirməyə şərait yaradır. Ona görə də dövlət başçıları qarşımızda bu əməkdaşlığı yeni səviyyəyə qaldırmaq vəzifəsi qoyublar. Forumda prezidentlərin iştirakı bu onun əhəmiyyətini daha da artırır. “Biz gömrük sahəsində əlaqələrə diqqət ayırırıq, tariflər aşağı salınıb. Hətta yaşıl dəhlizin yaradılması istiqamətində irəli gedirik. Qarşımızda çox böyük imkanlar və görülməli işlər var. Böyük və kiçik biznesin əlaqələrinin inkişafına diqqəti artırmaq bizim məqsədlərimizdən biridir”, – deyə nazir bildirib.

Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əli Hüseynli bu gün ikitərəfli münasibətlərin regionda bütün əlaqələrə təsir göstərdiyini, yeni əməkdaşlıq formatları yaratdığını deyib. Ölkələrimizin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Əli Hüseynli Azərbaycan parlamentinin Rusiyanın regional qanunverici orqanları ilə də sıx əlaqələr qurduğunu deyib. O qeyd edib ki, Azərbaycan Rusiyanın regionda yeganə strateji tərəfdaşıdır.

 

Azərbaycan-Rusiya İşgüzar Şurasının məqsədinin iki ölkənin biznes nümayəndələri arasında əlaqələrin qurulması və genişlənməsi olduğunu deyən qurumun sədri Səməd Qurbanov bu məqsədlə görüşlərin, konfransların və forumların təşkil edildiyini qeyd edib. O, Şuranın fəaliyyəti haqqında geniş məlumat verib, burada müxtəlif sahələrə aid işgüzar dairələrin təmsil olunduğunu söyləyib. Səməd Qurbanov Azərbaycan şirkətlərinin Rusiya regionlarında fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fəaliyyət göstərdiklərini bildirərək rusiyalı biznesmenləri hərtərəfli əməkdaşlığa dəvət edib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repkin müştərək layihələrin sayının artırılması üçün bir neçə amilin əsas rol oynadığını qeyd edib. Onun sözlərinə görə, bunun üçün ikitərəfli görüşlərin sayını artırmaq, atılacaq addımların koordinasiyasına diqqət yönəltmək lazımdır. Aleksey Repkin deyib ki, hər iki ölkə sənayenin şaxələndirilməsinə təkan verməlidir: “Yüksək texnologiyalar sahəsində biz yaxşı əməkdaşlıq edə bilərik. Eyni zamanda, Rusiya regionları ilə Azərbaycanın əlaqələrinin daha da artırılmasına çalışmalıyıq. Burada Rusiyanın bir çox regionlarından nümayəndələr var və düşünürəm ki, onlar Azərbaycanda öz tərəfdaşlarını tapa biləcəklər”.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov dövlət başçıları arasındakı yüksək səviyyəli əlaqələrin iki ölkə arasında regionlararası əməkdaşlığın inkişafına güclü təkan verdiyini bildirib. O, Bakının son illər Prezident İlham Əliyevin diqqəti sayəsində sürətlə inkişaf etdiyini, burada yeni müəssisələrin yarandığını, paytaxtın məşhur turizm şəhərlərindən birinə çevrildiyini söyləyib. Eldar Əzizov Bakının Həştərxan, Volqoqrad və digər Rusiya şəhərləri ilə sıx əməkdaşlığı haqqında məlumat verib.

Plenar iclasda Azərbaycanın Gəncə, Şəki, İmişli rayonları, Rusiyanın Dağıstan, Stavropol, Novqorod, Arxangelsk vilayətlərinin rəhbərləri çıxış edərək təmsil etdikləri regionların iqtisadi, turizm imkanları, mədəniyyəti haqqında məlumat veriblər. Çıxışlarda bu regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.

Sonra Azərbaycanın və Rusiyanın şirkətləri və biznes təşkilatları arasında sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “R-Farm” SC arasında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı və paylanması sahəsində əməkdaşlıq barədə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə “İşgüzar Rusiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq barədə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq haqqında, Azərbaycanın “Khan-El” MMC və Rusiyanın “Qud-Fud Postavka” MMC şirkətləri arasında Rusiyaya fındıq ixracına dair, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və “Biznes qadınları” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq barədə, Azərbaycan Respublikasının “Dövlət Aqrar Ticarət Şirkəti” MMC və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi Federal Dövlət Büdcə Təşkilatı arasında əməkdaşlıq haqqında, Azərbaycanın “Azhazelnut” MMC və Rusiyanın “Frutimpex” MMC arasında Rusiyaya fındıq ixracına dair, “Azər Sharab NM” MMC və “Del Monte” MMC arasında spirtli içkilərin Rusiyaya ixracı barədə, “Vefa Collection” MMC və “Delikatesoff” MMC arasında əməkdaşlıq haqqında, Azərbaycan Turizm Assosiasiyası və “Mahaçqala Beynəlxalq Hava Limanı” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə, Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyəti və Rusiyanın Həştərxan vilayəti hökuməti arasında əməkdaşlıq haqqında memorandumlar, “Grovv Group Azerbaijan” MMC və “Essen Logistic” MMC arasında pomidor satışına dair, Azərbaycanın “Metanet-A” MMC və Rusiyanın “Matanat” MMC şirkətləri arasında Rusiyada quru inşaat qarışıqlarının istehsalı zavodunun tikintisinə dair, “Karvan-L” MMC və “TexSportServis” MMC arasında xidmət göstərilməsinə dair, Azərbaycanın “CTC Holdinq” ASC və Rusiyanın “Komman Group” MMC arasında ölkəmizə avadanlıqların tədarükünə dair müqavilələr imzalanıb.

Plenar iclasda “dəyirmi masa”ların moderatorlarının hesabatı dinlənilib.

Bununla doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR