Dərc edildi: Baxış sayı: 271
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq sabah saat 9:00-dan axşam saatlarına qədər işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət