Dərc edildi: Baxış sayı: 535
Bakı-Qazax yolunda təhlükəsizlik sədləri sökülür
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 110-120-ci km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü işləri aparılır.
Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət