Slimfit
  1. SİYASƏT

Bakı Politoloqlar Klubunun sədri: "Bütün bunlar göstərir ki, Prezidentin apardığı siyasətin mərkəzində xalq dayanır"

Bakı Politoloqlar Klubunun sədri: "Bütün bunlar göstərir ki, Prezidentin apardığı siyasətin mərkəzində xalq dayanır"
Sakura

Bakı Politoloqlar Klubunun sədri: "Bütün bunlar göstərir ki, Prezidentin apardığı siyasətin mərkəzində…

“Dünyanın enerji sahəsində baş verən hadisələr, koronavirusun dünya miqyasında real təhlükə törətməsi dünya ictimaiyyəti qarşısında yeni çağırışlar qoymaqdadır”.

Bunu APA-ya Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik nitqində səsləndirdiyi fikirlərə münasibət bildirən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Z.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin xalqa ünvanladığı builki Novruz təbriki bir qədər fərqli idi: “İş orasındadır kı, bu gün planetar səviyyədə yeni geosiyasi və geoiqtisadi vəziyyətin şahidiyik. Prezident xalqa ünvanladığı Novruz təbrikində ölkəmizin bugünkü vəziyyəti və qlobal siyasətdəki yeri və rolu haqqında nitq söyləyib. Aparılan məqsədyönlü sosial – iqtisadi siyasət nəticəsində ötən il ərzində dövlət büdcəsinə 1 milyard dollardan çox vəsait daxil olub. Buna 2018-ci ildən vergi sahəsində aparılan islahatların nəticəsində müyəssər olunub. Belə ki, kölgə iqtisadiyyatına qarşı mübarizənin nəticəsində iqtisadiyyatın və biznes mühitinin şəffaflandırılması dövlət büdcəsinə vergidaxilolmalarına mühüm təsir göstərib. Eyni zamanda ötən il aparılan sosial islahatlar ölkə əhalisinin 4,2 milyonundan çoxunu əhatə edib. Bu, kifayət qədər ciddi rəqəmlərdir”.

Z.Məmmədov qeyd edib ki, dünyada təlatümlərin və siyasi – iqtisadi kataklizmlərin tüğyan etdiyi bir vaxtda Azərbaycanda bütün sahələrdə sabitliyin qorunmasının nəticəsidir ki, təkcə ötən il ərzində ölkəmizə 13,5 milyarddan çox sərmayə qoyulub: “Ötən il ərzində dövlətimiz regionun mühüm iqtisadi və siyasi mərkəzi kimi bir sıra qlobal miqyaslı layihələrin reallaşmasına töhfə verməklə dünyanın geoiqtisadi və geosiyasi mənzərəsində mühüm gedişlər edib. Prezidentin çıxışında ənənəvi istiqamətlərlə yanaşı, bu gün dünyanı narahat edən bir nömrəli məsələ olan koronavirus probleminə də toxunulub, bu istiqamətdə dövlət orqanlarının gördüyü işlərə diqqət yetirilib. Belə ki, Prezidentin göstərişinə əsasən, artıq yanvarın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, martın 14-dən isə xüsusi davranış qaydaları tətbiq edilib. Koronavirusla mübarizə üçün 10 milyon manatın, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı üçün isə prezidentin ehtiyat fondundan 20 milyon manatın ayrılması ölkəmizdə qlobalmiqyaslı virusa qarşı aparılan ciddi tədbirlərin göstəricisidir. Bütün bunlar göstərir ki, Prezidentin apardığı siyasətin mərkəzində xalq dayanır. Əsas məqsəd bu xəstəliyin Azərbaycanda yayılmasına imkan verməməkdir. Koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha göstərir ki, Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün istənilən addım atılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR