Dərc edildi: Baxış sayı: 937
Bakı polisindən nümunəvi addım
Noyabrın 29-da Göyçay rayon sakini A.Əliyeva qatarda əl çantasını itirməsi barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib. O, çantasında pul, qızıl-zinət əşyaları və sənədlərinin olduğunu deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə çanta polis əməkdaşları tərəfindən “Dərnəgül” stansiyasında qatarda aşkar edilib.
Qadın Metropolitendə Polis Şöbəsinə dəvət edilib, polis əməkdaşları çantanı ona təqdim ediblər.
A.Əliyeva müraciətinə belə həssas yanaşılmasına, operativliyə və səmimi ünsiyyətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət