Slimfit
  1. CƏMİYYƏT

Bakı polisi maarifləndirici film təqdim etdi

Bakı polisi maarifləndirici film təqdim etdi
Sakura

Bakı polisi maarifləndirici film təqdim etdi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) "Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?" adlı sosial maarifləndirici qısametrajlı film təqdim edib.

İdarədən Axar.az-a verilən məlumata görə, Bakıda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqların açıq qapıdan, açıq pəncərədən daxil olmaqla törədilməsi müşahidə olunur.

Bakı polisi viktimoloji vəziyyəti nəzərə alaraq sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edib və “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyib.

Qeyd olunub ki, hər bir insan diqqətli və məsuliyyətli olmalı və əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında hazırlanan qısametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, quruluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR