Bakı polisi “Dandolk” klubunun oyunçularına maneə törədib? - Rəsmi açıqlama
İrlandiyanın “Dandolk” klubunun oyunçularının Bakıda müsahibə verərkən polis maneəsi ilə üzləşdiyinə dair iddia irəli sürülüb.
Bu barədə İrlandiya mətbuatında məlumat yayılıb.
Bakı şəhər Baş Polis İdarəsi İrlandiya mətbuatında dərc olunan məqaləyə münasibət bildirib.
İdarənin BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, İrlandiya mətbuatında dərc olunan məqalədən məlumatlıdırlar:
“Dandolk” oyunçuları Qarabağla qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) sərlövhəli məqalədə iddia olunan hallar tərəfimizdən araşdırılır. Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur.
Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət