Slimfit
  1. CƏMİYYƏT

Bakı Polisi bu şəxslərə xəbərdarlıq etdi - RƏSMİ

Bakı Polisi bu şəxslərə xəbərdarlıq etdi - RƏSMİ
Sakura

Bakı Polisi bu şəxslərə xəbərdarlıq etdi - RƏSMİ

“Nəqliyyat vasitələrindən oğurluq cinayətlərinin açılması ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir”. 

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qabaqcıl metodoloji kriminalistik üsullar tətbiq olunmaqla keçirilən əməliyyat-axtarış tədbirləri ilə paytaxtda cari ildə 143 hadisənin üstünün açılması təmin olunub:

“Hər bir fakt üzrə şübhəli şəxslərin yeri və şəxsiyyəti müəyyən olunaraq istintaqa təhvil verilib. Fəaliyyət sahəmiz təkcə cinayətlərin qarşısının alınması və açılması ilə yekunlaşmır. Bizim üçün əsas meyar baş verən cinayətin üstünün açılması ilə yanaşı, qabaqlayıcı-profilaktik tədbirlərin genişlənməsidir.

 

Tərəfimizdən analitik təhlil və araşdırmalar aparılmaqla qabaqlayıcı tədbirlər işlənib hazırlanaraq, icraya yönəldilir. Burada əsas məqsəd paytaxt sakinlərinin maarifləndirilməsidir.

Ümumiləşdirmələr göstərir ki, nəqliyyat vasitələri, əsasən, sahibinin viktim davranışı (zərərçəkmiş şəxsin cinayətin törədilməsi üçün yaratdığı şərait) zəminində talana məruz qalır. Bu, həm də əmlak sahibinin öz mülkiyyətinə olan münasibətindən asılıdır.

Nəqliyyat vasitələrinin sahibləri avtomobilləri mühafizə olunmayan, işıqlandırılmayan, yaxud “Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənar, gediş-gəlişin az olduğu küçələrdə saxlamaları müşahidə olunur.

Bütün bunları nəzərə alaraq, nəqliyyat vasitələri park olunarkən sürücülər elementar qaydalara əməl etməli, viktimoloji şəraiti nəzərə almalı, avtomobillərin salonunda qiymətli əşyaların saxlanmamasına fikir verməlidir”.

“Məlumatda vurğulanır ki, Daxili İşlər nazirinin rəhbərliyi altında Bakı şəhər BPİ-nin rəhbərliyi paytaxt ərazisində hüquqazidd əməllərin, o cümlədən, hazırlanan, törədilən cinayət faktlarının açılması, qarşısının alınması  və araşdırılmasına nəzarətin həyata keçirilməsini təmin etməklə, bütün zəruri əməliyyat-istintaq xidmətlərinin, həmçinin, rayon polis orqanlarının bu istiqamətdə tədbirlərinin görülməsini diqqət mərkəzində saxlayır”, - deyə məlumatda qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR