Slimfit
  1. İDMAN

Bakı Olimpiya Stadionu illik hesabatını açıqlayıb

Bakı Olimpiya Stadionu illik hesabatını açıqlayıb
Sakura

Bakı Olimpiya Stadionu illik hesabatını açıqlayıb

Bakı Olimpiya Stadionu (BOS) illik hesabatını açıqlayıb.

Report” xəbər verir ki, idman qurğusunun rəsmi saytında yayımlanan hesabat xarakterli müraciətdə BOS-un ilboyu yığmanın UEFA Millətlər Liqasında ev matçlarını və UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın oyunlarını qəbul edərək, futbol və idman ictimaiyyətinin diqqət mərkəzində olduğu vurğulanıb.

İrlandiyanın paytaxtı Dublindı Stadion İdarəetmə üzrə Avropa Sammitində və Hollandiyanın paytaxtı Amsterdamda AVRO-2020 üzrə iş görüşündə BOS-un infrastrukturuna dair təqdimatlar reallaşıbi. BOS Rusiyanın “Matç TV” telekanalı, Finlandiyanın MTV3 kanalı və Fransanın prodüser mərkəzi T2MP tərəfindən çəkilib. Hal-hazırda BOS da daxil olmaqla, Avropanın 5 ən yaxşı stadionu haqqında sənədli film hazırlanır.

BOS bu il digər tədbirlərini də təşkil etməkdə fəal iştirak edib. UEFA-nın kütləvi futbolu üzrə dörd futbol federasiyasının nümayəndələrinin iştirakı ilə seminar, hakimlər üçün normative imtahanı, İdman Araşdırmalar Mərkəzinin il yekunları ilə bağlı mərasim, məktəblilər üçün stadion turları (“Olimpiya” Peşəkar Döyüş Klubu və Sabunçu rayonun İcra Hakimiyyəti ilə birlikdə) təşkil olunub.

Heydər Əliyev Fondu təşəbbüsü və “Sport Marketing Group” təşkilatı ilə keçirilən ənənəvi “Bakı Marafonu”nun finiş nöqtəsi və azarkeşlər zonası da BOS-da olub. Bu ilin may ayında ARDNŞ və “Olimpiya” döyüş klubunun dəstəyi ilə keçirilmiş “WFCA-48” MMA üzrə çempionatı da azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Stadionun məşq meydançalarında “Zirə”, “Səbail”, “Keşlə”, “Kəpəz” kimi futbol klublarının və gənclərdən ibarət milli komandaların təlim-məşqləri təşkil edilib. Əsas meydançada rəsmi matçlara əlavə olaraq, Belarus, Qırğızıstan milli komandaları ilə yoldaşlıq görüşləri reallaşıb. İdman qurğusu atletlər və para-atletlər tərəfindən məşqlər üçün istifadə edilib.

Yaxın gələcəkdə təbii örtüklü üçüncü məşq meydançası istifadəyə veriləcək.

“Futbola stadionda baxarlar” prinsipini rəhbər tutaraq, azarkeşlər üçün 2018-ci il dünya çempionatının oyunları BOS-da quraşdırılmış böyük monitorlarda nümayiş edilib.

AFFA-nın P & G, “D's Damat” şirkətləri ilə sponsorluq müqavilənin imzalanma mərasimləri, CISCO nümayəndələri üçün tədbir, "Gələcəyini qur" proqramın məzunları üçün mərasim, “Hyundai” servis festivalı, onlayn radionun təqdimatı (10line.az), “Neftçi”in “Türk Hava Yolları” ilə müqavilənin imzalanma mərasimi də bu arenada keçirilib.

KİV üçün Milli Mətbuat Günü ilə bağlı futbol turniri təşkil olunub və dekabrda Avropa Liqasına həsr olunmuş intellektual kubok keçirilib.

2019-cu ildə əsas məqsəd 29 mayda keçiriləcək UEFA Avropa Liqasının final matçının uğurlu təşkilidir. Bu futbol bayramına hazırlıq şəraitində, BOS komandası UEFA Avropa Liqasının Yerli Əməliyyat Komitəsi və AFFA ilə birlikdə UEFA nümayəndə heyətini inspeksiya səfəri ilə qəbul edib və Avropa Şurasının Daimi Komitəsinin nümayəndələrinə təhlükəsizlik təqdimatı reallaşıdırıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR