Slimfit
  1. GÜNDƏM

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib
Sakura

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

 Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

BNA-dan "Report"a verilən xəbərə görə, xəbərdarlıqda hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti - Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.

"Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar", – deyə xəbərdarlıqda bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR