Slimfit
  1. İQTİSADİYYAT

Bakı Nəqliyyat Agentliyi koronovirusla bağlı qərargah yaratdı

Bakı Nəqliyyat Agentliyi koronovirusla bağlı qərargah yaratdı
Sakura

Bakı Nəqliyyat Agentliyi koronovirusla bağlı qərargah yaratdı

Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb.

Report” bu barədə Agentliyə istinadən xəbər verir. 

Bununla yanaşı, qurumda (012) 404-79-95 nömrəli "Qaynar xətt" fəaliyyətə başlayıb.

"Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb", - qurum bəyan edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR