Slimfit
  1. SİYASƏT

Bakı-Moskva dostluğu: növbəti uğurlu mərhələ başladı

Bakı-Moskva dostluğu: növbəti uğurlu mərhələ başladı
Sakura

Bakı-Moskva dostluğu: növbəti uğurlu mərhələ başladı

I vitse-prezidentin Moskva səfəri Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin inkişafının göstəricisidir.

Bu sözləri Axar.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Birinci vitse-prezidentin Moskva səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezidentin Rusiya Prezidenti Vladimir Putin tərəfindən şəxsən qəbul edilməsi olduqca əlamətdar bir hadisədir:

“Rusiya ilə ölkəmiz arasındakı münasibətlər sürətlə inkişaf etməkdədir. Son yeddi ay ərzində 1 milyard 600 milyon civarında ticarət dövriyyəmiz olub. Rusiyadan Azərbaycana 4 milyarda yaxın sərmayə daxil olub. Bizim iqtisadiyyatdan Rusiya bazarlarına 1 milyard 200 milyon ABŞ dolları sərmayə qoyulub. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz inkişaf edir.

Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın himayəsi altında fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi çoxsaylı layihələr humanitar əlaqələrin inkişafına müsbət təsir göstərir. Son 2-3 ay ərzində Azərbaycan və Rusiya Federasiyası arasındakı əlaqələrin növbəti uğurlu bir mərhələyə qədəm qoyduğu müşahidə olunur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR