Dərc edildi: Baxış sayı: 341
Bakı metrosunun yeni stansiyasının adı ilə bağlı təkliflər verilib
"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinə aid, şərti adı "B-04" olan stansiyasının adı ilə bağlı təkliflər verilib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Ad verilən zaman stansiyaların yerləşdiyi əraziyə və yaxud Azərbaycan üçün əhəmiyyətli olan hadisələrə uyğun ad seçilir. Hələlik bu metrostansiyanın adı ilə bağlı dəqiq, real müzakirə olmayıb, amma bir sıra təkliflər mövcuddur", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət