Dərc edildi: Baxış sayı: 444
Bakıda Dərnəgül xətti ilə hərəkət edən qatarlarda 15 dəqiqəyə yaxın gecikmə olub
Bakıda Dərnəgül xətti ilə hərəkət edən qatarlarda 15 dəqiqəyə yaxın gecikmə olub.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Publika.az-a verdiyi məlumata görə, qatarlar arası intervalın pozulmasına səbəb "Neftçilər" stansiyasında qatarda yaranan nasazlıq olub:
"Neftçilər" stansiyasında qatar hərəkətə başlayarkən nasazlıq qeydə alınıb. Saat 07:50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Problemin aradan qaldırılması üçün texniki baxış keçirilib. Bu səbəbdən intervallar arasında 10 dəqiqəyə yaxın interval yaranıb. Hazırda heç bir problem yoxdur və qatarlar intervala uyğun şəkildə hərəkət edir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət